2012-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda sənaye istehsalının həcmi 28,5 mlrd. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 3,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə qeyri-neft sektorunda sənaye məhsullarının istehsal həcminin artımı 6,8%, neft sənayesində azalma 5,9%-a bərabərdir
Cari ilin yanvar-sentyabr aylarında məhsulun 76,1%-i mədənçıxarma bölməsində, 18,6%-i emal bölməsində, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
10 ay ərzində məhsul istehsalı mədənçıxarma bölməsində 6,2% azalıb. Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 36 mln. ton, qaz hasilatı 14,4 mlrd. kubmetr təşkil edib.
Yanvar-oktyabr aylarında istehsalın ümumi həcmindən 76,1% mədənçıxarma sənayesinin, 18,6% emal sahəsinin, 4,8% elektrik enerjisi, qaz və buxar istehsalı və paylanmssı, 0,5% su təchizatı və tullantıların təmizlənməsi sahələrinin payına düşüb.
Mədənçıxarma sənayesində istehsal həcmi 10 ay ərzində 6,2 % azalıb.Statistik məlumatlara əsasən, hesabat dövründə neft hasilatı 36 mln. ton, qaz hasilatı 14,4 mlrd. kubmetr təşkil edib.
Yanvar -oktybar aylarıərzində emal sahəsində məhsul istehsalı 7,6% artıb.
Bununla yanaşı, qida məhsulları istehsalı - 3,1%, içki istehsalı - 11,3%, toxuculuq sənayesi məhsulları istehsalı - 2 dəfə, geyim istehsalı – 43,9%, poliqrafiya fəaliyyəti – 2,8 dəfə, rezin və plastik məmulatlar istehsalı – 2,6 dəfə, tikinti materialları istehsalı – 18,2%, metallurgiya sənayesi məhsulları istehsalı - 13,2% artıb.
Yanvar-oktyabr aylarında hazır metal məmulatları istehsalı - 1,7 dəfə, elektrik avadanlıqları istehsalı - 2 dəfə, sair nəqliyyat vasitələri istehsalı – 20,8%, mebel istehsalı – 2,8 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri – 32,3% artıb.
Yanvar- sentyabr aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində artım 11% təşkil edib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsalın həcmi 2,5% artıb.