Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cibutidə keçirilən İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasında Fələstin nümayəndə heyətinin başçısı Nabil Şaat ilə Yaxın Şərqdə baş vermiş son hadisələri müzakirə edib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, N.Şaat Qəzza bölgəsində insan tələfatı ilə nəticələnmiş son silahlı insidentlər barədə məlumat verərək, bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasının çağırıldığını və dünya ölkələrinin bu hadisələrə reaksiya verməli olduğunu bildirib.
E.Məmmədyarov baş vermiş hadisə ilə əlaqədar narahatlığını ifadə edib və Fələstinin BMT-nin tamhüquqlu üzvü olmasının Bakı tərəfindən dəstəkləndiyini təsdiq edib.