Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Qətərə işgüzar səfərə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi verilən məlumata görə, səfər Qətərin baş qərargah rəisinin dəvəti ilə həyata keçirilir.
Müdafiə naziri Dohada çoxmillətli hərbi təlimlərə həsr olunmuş simpoziumda iştirak edəcək.