2012-ci ilin oktyabr ayında Səhiyyə Nazirliyinin “qaynar xətti”nə 430-dan artıq müraciət daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Qaynar xətt”ə daxil olan 432 müraciətdən 203-ü - şikayət; 94-ü – sorğu xarakteri daşıyır; 123-ü – cari problemlərə aiddir və 12-si – nazirliyin səlahiyyətinə aid deyil.
Bütün müraciətlər mütəxəssislər tərəfindən diqqətə alınıb. Problemlərin həlli üçün müvafiq tədbirlər həyata keçirilib.