Keçən həftə Bakıda V yubiley konfrans keçirildi. Keçən illərdə olduğu kimi, bu konfransda Qərbin və MDB-nin bankirləri iştirak ediblər. İştirakçılar arasında MDB Maliyyə Bank Şurasının Koordinasiya Şurasının sədri Anatoli Kazakovda olub. O gərgin iş qrafikinə baxmayaraq “İnterfaks -Azərbaycan” agentliyinin bir neçə sualına cavab verib.
- Keçən dəfəki konfransda İslam bankinki , MDB məkanında və Azərbaycanda onun inkişıfı müzakirə mövzusu olmuşdu. Bir il ötdü. Hər hansı nəticə varmı?
-Bu mövzu həqiqətən aktualdır.Keçən il biz İslam bankinqi üzrə mütəxəssislərin daxil olduğu işçi qrupu yaratdıq. Pullar cəlb olunur, lakin hələ ki, çox deyil, çünki bu məhsulun inkişafını ləngidən çoxlu şərtlər var, lakin layihə üzərində iş gedir. Biz bu mövzunu Rusiyada da irəli sürmək istərdik. Lakin bunun üçün istər qanunvericilikdə, istərsədə digər sahələrdə bir sıra prosedurlar lazımdır. Hələ ki, biz Rusiyada irəliləyə bilməmişik, lakin İslam bankiniqinin yaradılması məsələsini qoymuşuq. Sözügedən bank bizim ərəb tərəfdaşlarımızla birlikdə yalnız Rusiyanı deyil, MDB-ni də əhatə etməlidir. Konfransda ərəb biznesmenleri, həmçinin Misir Mərkəzi Bankının nümayəndələri də iştirak edirlər, biz onlarla danışıqlar aparırıq. Əsas onlar üçün şərait yaratmaqdır.Azərbaycan Beynəlxalq Bankı artıq 5 ildir bu layihə ilə məşğul olur, layihələr işləyir, lakin həcm çox böyük deyil. Özəl investisiyaların cəlb olunmasına da ehtiyac duyuruq. Avropada layihələrə özəl invetisiyalar daha çox cəlb edilir. Bizdə isə hətta infrastruktur layihələri də dövlət vəsaiti hesabına reallaşdırılır ki, bu da nöqsan sayılır. Buna görə, biz hazırda Rusiyada İslam bankinqinin yaradılması üzərində işləyirik.
- Bəzi ekspertlər inandırırlar ki, AMB özü islam bankinqinin təsdiq olunmasını istəmir, buna görə də qanunvericilikdə düzəlişlər məsələsi belə ləngidilir.
- Təəssüf ki, biz AMB sədri Elman Rüstəmovu dəvət etsək də, o konfransa qatılmadı. Bu sualı biz ona da vermək istərdik. İslam bankinqinin inkişafına dəstək olmaq lazımdır, qanunvericiliyə düzəlişlər etmək vacibdir.Azərbaycan iqtisadiyyatı üçün uzun pullar vacibdir. Baxmayaraq ki, neft gəlirləri var, lakin bunlar kifayət deyil.Rusiyaya olduğu kimi Azərbaycana da iqtisadiyyatın diversifikasiyası və innovasiya relslərinə keçmək, pul varkən imkanlardan istifadə etmək lazımdır. İnnovasiya iqtisadiyyatını inkişaf etdirmək, xam neft və qaz ixrac etməmək, emal etmək üçün böyük pullar lazımdır.Bu da bir günə həll olunacaq məsələ deyil. Burda həm islam pulları, pensiya fondunun pulları, bor vəsaitləri də lazımdır. Çünki bu gün pulu yatırmağı bacarmaq, iqtisadiyyatı müasirləşdirmək, yeni texnoloji səviyyəyə keçmək, uğurlu inkişaf etmək lazımdır. Bu gün bu qarşımızda duran əsas məsələdir, ancaq konfransda bu məsələyə az toxunulur. Bu məsələ ölkələrin liderlərinin gündəmində olmalıdır. İslam pullarından başqa uzun pul yoxdur.
- Konfransın birinci günü siz ARDNF-in rubl yığmaq siyasətini yüksək qiymətləndirdiniz.Bu bizə nə verəcək?
- Əmanətlərin difersifikasiyası adlanan bu addım çox müsbət addımdır, çünki bu gün narahat bazarlara xüsusən də Avropa bazarlarına əmanətlər qoyarkən sıçrayışlar gözləmək olar. Bu dollar zonası ilə də baş verə bilər.Rubl isə manat kimi nisbətən sabitdir. Çünki, bu valyutaların altında yataqlarda olan və çıxarılan real qızıl ehtiaytları dayanır, eləcə də torpaqda olan və çıxarılan ehtiyatlar da var.Yəni, bunlar mütləq şəkildə stabil valyutalardır.Və buna görə ARDNF-in qərarı doğrudur, yeri gəlmişkən, rublun dərəcəsi avro və dollarınkından yüksəkdir risklər və enib qalxmalar da çox deyil. Bu inteqrasiya istiqamətində növbəti addımdır. Biz bilirik ki, rus biznesmenləri Azərbaycanda həm iqtisadiyyata, həm də banklara pullar qoyurlar.Azərbaycanda depozit dərəcələri Rusiyadakından yüksəıkdir.
-Siz AMB-nin bankların nizamnamə kapitalına minimal tələbin beşqat artırılması barədə qərarından nə gözləyirsiniz?
- Görünür ki, AMB rəhbərliyinin öz səbəbləri var. Mən şəxsən belə stresli qərarlara qarşıyam. Mərhələlərlə hərəkət etmək lazımdır, belə, kəskin, şokedici terapiyadan istifadə etmək olmaz. Deyək ki, 10-15 bank qaldı, axı xalqa xidmət göstərmək lazımdır.Kiçiklər birləşə bilməz, sonra bankların xarici investorlar tərfindən alınmasına başlanılacaq. Bu banklar öz gücləri hesabına ayaqda qala bilməzlər. Qərar çox ciddidir.Hər halda bunu mərhələli şəkildə etmək olardı. Rusiyada normativ 6 mln. avroya bərabərdir, həm də ifayət qədər böyük banklar üçün.Lakin kiçik banklarda var.Çünki, ölkə böyükdür və regionlara xidmət göstərmək lazımdır.AMB-nin öz işidir, lakin mən demək istərdim ki,bu riskli addımdır.Dünya bazarındakı narahat vəzuyyəti nəzərə alaraq, mən belə qərar qəbul etməzdim.
-Sualı bir qədər də dəqişləşdirək: ilk bank nə zaman bağlanacaq?
-2014-cü il yanvarın 1-nə yəni normativ qüvvəyə minənə qədər bağlanma olmayacaq.Banklar son nəfəsdlərinə qədər, birləşənə və ya satılana qədər yaşayacaqlar.Azərbaycan iqtisadiyyatı səmərəli və maraqlıdır. Hər hansı bankı əldə edə biləcək investorlar ona kənardan baxırlar.Yeri gəlmişkən Azərbaycanda çox az Rusiya bankı təmsil olunub.
-Bank sektoru iştirakçılarının inteqrasiyası barədə danışarkən siz bunun çox zəif olduğunu qeyd etdiniz.Bu problemin həlli üçün hansısa palnlar varmı?
- ABB, “VTB Bank” kimi bankların inteqrasiya etmək gücü var. Onlar öz portfellərini bunun hesabına genişləndiriblər. “ABB- Moskva” kreditləşmə, private banking sahəsində yaxşı fəaliyyət göstərir.Sank-Peüterburq və Yekaterinburq filiallarını da qeyd edə bilərəm.Bankların dayanıqlılığı , mənfəətlərinin artması nöqteyi -nəzərindən inteqrasiya məsələsi çox vacibdir. MDB bazarları çox müxtəlifdir və bizim daxili bazarda çoxlu imkanlarımız var.Buna görə banklarımızın filial şəbəkəsinin genişlənməsi çox vacibdir.İ nteqrasiya gedir, lakin səviyyə bizi qane etmir.Bu nə ilə əlaqədardır? Ölkələr inteqrasiyanı möhkəmləndirmək istəyəndə birgə strukturlar yaradacaqlar. Gömrük İttifaqının indiki iştirakçı ölkələri inteqrasiyanı gücləndirmək istəyirdilər və İttifaqı yaratdılar, mal dövriyyəsi üç il ərzində iki dəfə artdı.Belə struktur olmayanda inteqrasiya zəif olur.RF və Azərbaycanın mal dövriyyəsi $3 mlrd. təçkil edir- bu yüksək göstəricidir.Keçən il mən Xəzəryanı İnkişaf Bankının yaradılmasını təklif etdim, lakin siyasətçilər qulaq asmadfılar.Bizim ölkələrimiz birləşməli, vəsait qoymalı və Bakıda bu bankı yaratmalıdırlar.Niyə də yox? D.A.Medvedev də Xəzəryanı İqtisadi Əməkdaşlıq Təşkilatı yaratmağı təklif edib, ancaq belə bir struktur hələ ki yaradılmayıb.Bu da inteqrasiyanı ləngidir.
– Xəzəryanı İnkişaf Bankının yaradılması bizə nə verəcək?
-Biz onu Bakıda yaratmağı planlaşdırırıq.Bankın yaxşı kapitalı olacaq və infrastruktura, xüsusən də nəqliyyat infrastrukturuna investisiya qoyacaq.Xəzərin ətrafında yol lazımdır.Nə üçün Qara Dəniz iqtisadi birliyi layihələr həyata keçiriri, biz yox? Buna görə perspektivlər çoxdur.
-Siz həmçinin, Maliyyə Bank İttifaqınaa yeni üzvlər cəlb etmək üçün Maliyyə Bank Şurasının formasını dəyişməyi təklif etmisizniz.
-Biz bununla öz sıralarımıza ərəb və Şərq banklarını cəlb etmək istəyirik. Bu istiqamətdə Azərbaycan bankları ilə də işləmək istəyirik.Bir bank çox yaxşıdır (ABB-İF-Az), lakin bütün bankların yaxşı olması lazımdır.Biz bankların bank to bank səviyyəsində, vasitəçi olmadan münasibət qurmaları üçün meydan yaradırıq, çünki bu çox vacibdir.