2012-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft emalı zavodları (NEZ) avtomobil benzini istehsalı həcmi ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 0,2% - 1 mln. 68,9 min tona qədər azaldıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara görə, hesabat dövründə birbaşa qovulan benzin istehsalı 28,3% - 126,7 min ton, dizel yanacağı istehsalı 5,8% - 1 mln. 968,2 min ton, sürtkü yağları istehsalı 30,4 % - 55,9 min tona qədər azalıb.
Yanvar-oktyabr aylarında avtomobil benzini istehsalında 1,6% - 531,2 min ton, neft bitumu istehsalında 12,5% - 242,5 min tona qədər artım qeydə alınıb.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın strukturuna daxildir.