Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə axşamı Qəzza zolağına səfər edəcək. Bu barədə Türkiyə XİN-dən bazar ertəsi məlumat verilib.
Ə.Davudoğlunun səfəri Ərəb Dövlətləri Liqasının Qəzza zolagına dəstək vermək təşəbbüsü çərçivəsində baş tutacaq.
Həmin gün Ərəb Dövlətləri Liqasının baş katibi Nabil al Arabinin başçılıq etdiyi nümayəndə heyəti regiona səfər edəcək.
Qəzza zolağında İsrail və “HƏMAS” Hərəkatı arasında münaqişə altı gündür davam edir. “HƏMAS” döyüşçülərinin İsrail torpaqlarını raket atəşinə tutmasına cavab olaraq İsrail Qəzza zolağına bir yerə yönəldilmiş aviazərbələr endirib və top atəşinə tutub.