Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Avrasiya İslam Şurası TəşkilatınınVIII Baş İslasında iştirak etmək üçün Türkiyəyə səfərə yola düşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
QMİ sədri Şimali Qafqaz müftilərinin daxi olduğu Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndə heyətinə rəhbərlik edir. 19-22 noyabr tarixində baş tutacaq iclasın mövzusu “Ənənədən gələcəyə doğru: Avrasiyanın İslam üfüqləri”dir.
Təşkilatın Avrasiya cografi məkanında tarixi qardaşlıq telləri ilə bağlı olan ölkələr və cəmiyyətlərin dini qurumları, onların dini lider və təmsilçilərini bir araya gətirəcək toplantıda gündəmdə olan aktual mövzular ətrafında fikir mübadiləsi aparılacaq, ümumi fəaliyyət istiqamətləri müəyyən ediləcək.
A.Paşazadə İstanbulun mötəbər Dolmabaxça sarayında keçiriləcək toplantının bir bölümünə sədrlik edəcək.
Bir gün öncə Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) iclası keçirilib. İclas iştyirakçıları xüsusi vurgulayıblar ki, Qafqazda sülh və sabitliyin qorunub saxlanılması prosesində ənənəvi İslam dəyərlərinin qorunub saxlanılması, yad təsirlərdən qorunması olduqca vacibdir.