Azərbaycan İstilik Elektrik Stansiyası 2012-ci ilin yanvar -oktyabr aylarında 6,58 mlrd. kVt/ saat elektrik enerjisi hasil edib.Bu barədə “Azərenerji”nin məlumatında bildirilir.
Oktyabr ayında İES 636,4 mln. kVt/ saat elektrik enerjisi hasil edib.
“Azərbaycan” İES-də hər birinin 300 MVt gücü olan 8 blok var.Stansiyada Azərbaycanda hasil edilən elektrik enerjisinin 45%-i istehsal olunur.Burda yanacaq olaraq təbii qaz və mazutdan istifadə edilir.
2011-ci ildə “Azərbaycan” İES 6 mlrd.289,2 mln. kVt/ saat elektrik enerjisi istehsal edib ki, bu da 2010-cu ilin göstəricisindən 20,1% çoxdur.