Azərbaycanın ABŞ-dakı səfirliyi “Sendi qasırğasının fəsadlarından əziyyət çəkən insanlar naminə həmrəylik” devizi altında ianə toplanması mərasimində iştirak edib. Bu barədə səfirliyin mətbuat xidməti məlumat verib.
Tədbir İndoneziyanın ABŞ-dakı səfirliyinin təşəbbüsü və müsəlman dövlətlərinin iştirakı ilə Türkiyə, Fələstin, İordaniya, Misir, İraq, Əfqanıstan, Tunis və Liviya səfirliklərinin iştirakı iləkeçirilib.
Tədbir zamanı iştirakçı dövlətlərin təqdim etdikləri incəsənət və xalçaçılıq nümunələrinin auksion yolu ilə satılmasından toplanılan vəsait qasırğadan əziyyət çəkən insanlar üçün ayrılan xüsusi fonda köçürülüb.