2013-cü ildə keçiriləcək prezident seçkilərinə hakim “ Yeni Azərbaycan” partiyanın sədri, dövlət başçısı İlham Əliyev partiyanın yeganə namizədidir.Parlamentin vitse -spikeri, partiyanın üzvü Bahar Muradova belə bəyan edib.
“Partiyanın bütün üzvləri, bizim partiyanı və İ.Əliyevin siyasətini dəstəkləyən vətəndaşlargələcək illərdə də onu ölkə prezidenti olaraq görmək istəyirlər”.- deyə B.Muradova qedy edib.
Vitse – spikerin sözlərinə görə, müxalifətin bununla bağlı fikirləri hakim partiyanı narahat etmir.
Partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, partiyanın tərəfdarları müxalifətin gələcək seçkilərdə vahid namizədlə iştirakından narahat deyillər.Onun sözlərinə görə, Azərbaycan Xalq Cəbhəsi partiyasının lideri Əli Kərimli və “Müsavat” partiyasının lideri İsa Qəmbər eləcə də digər müxalifət nümayəndələri “vahid namizəd seçmək üçün zəhmət çəkməyə bilərlər”.
“Biz əvvəllər də onların seçkilərdə iştirakının və məğlubiyyətlərinin şahidi olmuşuq.Buna görə də, onların prezident seçkilərində deyil, bələdiyyə seçkilərində iştirakı daha məqsədyönlü olardı, bəlkə bu seçkilərdə onlar uğur qazana bilərlər”,- deyə S.Novruzlu müxalifətə tövsiyyə edib.