Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) nümayəndələri İndoneziyanın Azərbaycandakı səfiri Praeno Atiyanto ilə görüşüblər.Bu barədə ATGTİ-nin məlumatında bildirilir.
Görüşdə səfir dövlətlər arası əlaqələrin möhkəmlənməsinin vacibliyini və bu işdə gənclərin xüsusi rolunu qeyd edib.
ATGTİ-nin fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında məlumat verən nümayəndə heyəti təşkilatın beynəlxalq səviyyədə əldə etdiyi nailiyyətlərdən söz açıb.
ATGTİ və İndoneziya səfirliyi arasında ikitərəfli münasibətlərin inkişaf istiqamətlərini müzakirə edən tərəflər mədəniyyət, incəsənət, tarix sahələrində vahid fəaliyyət planının hazırlanması barədə razılığa gəliblər.
P.Atiyantonun sözlərinə göörə, İndoneziyanın 242 miliyonluq əhalisinin 60%-ni ali təhsilli gənclər təşkil edir və o Qacan Mado, Unpad Universitetlərinin tələbə özünüidarəetmə qurpları ilə ilkin dövr üçün əlaqə və təcrübə proqramlarının keçirilməsinin məqəsədyönümlü olduğunu qeyd edərək , gələcəkdə tələbə mübadilə proqramlarının reallaşdırılmasının da zəruri olduğunu bildirib.
Görüşün sonunda səfir ATGTİ nümayəndə heyətini İndoneziyanın milli musiqi alətləri və mətbəxi ilə tanış edib.