Azərbaycan parlamenti çərşənbə axşamı Qəbələ rayonunun inzibati ərazi bölgüsünə qismən dəyişikliklər edilməsinə dair qərar qəbul edib.
Qərara əsasən, Qəbələnin inzibati ərazisinə əlavə 2 min hektar torpaq sahəsi verilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
Şəhərin ərazisi ona bitişik dövlət mülkiyyətində olan 1950 hektar torpaq sahəsinin və Qəbələ rayonunun Soltannuxa kəndinin ərazisinə aid olan 145 hektar sahə hesabına genişləndiriləcək.