21-23 noyabr tarixlərində “İteca Caspian” şirkəti ətraf mühitin mühafizəsi üzrə III Beynəlxalq “Xəzər: Ətraf mühit üçün texnologiyalar” (“CTE-2012”) sərgisi keçirəcək. Bu barədə layihənin meneceri Rəna Abutalıbova mətbuat konfransında məlumat verib.
“Sərgidə Azərbaycan, Belçika, Almaniya, İsrail, Türkiyə, Fransa və digər ölkələrdən olan 60 şirkət iştirak edir”, - deyə R.Abutalıbova bildirib.
Onun sözlərinə görə, şirkətlərin ümumi sayından 30%-i yenidir.
“Sərgidə xüsusi diqqət suyun təmizlənməsi və sonradan onun içməli su qismində istifadəsinə yetiriləcək”, - deyə menecer qeyd edib.
R.Abutalıbova məlumat verib ki, ümumilikdə sərgi ekspozisiyası təbii resursların səmərəli istifadəsi, bərpa edilən resurslar sahəsində ən yeni nailiyyətlər, tullantıların emalı üzrə zavodlardan ibarətdir.