Azərbaycan və Böyük Britaniyanın elm və təhsil mərkəzləri arasında sıx əlaqələr yaranır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA Rəyasət Heyətinin “Xarici əlaqələr” şöbəsinin rəhbəri Ədalət Həsənov məlumat verib.
O qeyd edib ki, bu günlərdə AMEA Rəyasət Heyətində Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Elm və İnnovasiya Departamentinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə AMEA-nın prezidenti Mahmud Kərimov vurğulayıb ki, informasiya texnologiyarı inkişafı, neft-kimya, radiasiya problemləri və gələcəkdə bio, nano və informasiya texnologiyalarının tətbiqi, o cümlədən, ölkədən “beyin axını”nin qarşısını almaq məsələləri respublikanın gündəmindədir. Bu məqsədlə Avropanın elmi-tədqiqat strukturları ilə səmərəli əlaqələr çərçivəsində Azərbaycan gənclərinin xaricdə təhsil almasını genişləndirməyi planlaşdırılır.
M.Kərimov həmçinin xarici mütəxəssislərə Azərbaycanın elm-tədqiqat müəssisələrində və regional elm mərkzlərində aparılan tədqiqatlar, elmi innovasiyalar mərkəzinin fəaliyyəti, “Azərbaycan milli ensiklopediya” elmi mərkəzi və müxtəlif ölkə və beynəlxalq təşkilatlarla birgə reallaşdırılan birgə layihələr barədə məlumat verib. O vurğulayıb ki, bütün işlərin məqsədi Azərbaycan elminin dünya elminin inkişaf tendensiyası və tələblərinə cavab verən səviyyəyə çatdırılmasıdır, kreativ düşünən mobil kadrların hazırlanması və beynəlxalq əlaqələrin sabit inkişafıdır.
Həmçinin xarici nümayəndələr AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev ilə müzakirələr aparıblar. Nəticədə, gələcək əməkdaşlıq perspektivləri qeyd edilib.
Xüsusilə, Azərbaycan və Böyük Britaniyanın aparıcı elmi mərkəzləri arasında sıx əlaqələr yaratmaq qərara alınıb.