Azərbaycanın “Paşa Bank”ı və İsveçrənin “Banque Cantonale de Genève” (BCGE) private banking xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq edəcəklər.Bu barədə “Paşa Bank”ın məlumatında qeyd edilir.
“Paşa Bank” İsveçrənin aparıcı banklarından biri- Banque Cantonale de Genève (BCGE) ilə private banking xidmətlərinin göstərilməsi sahəsində danılşıqları başa çatdırıb.Nəticədə “Paşa Bank”ın korporativ və özəl müştəriləri indi BCGE-nin maliyyə məhsulları və xidmətlərinin geniş spektrindən istifadə edə bilərlər”,- deyə məlumatda bildirilir.
“Hadisələrin bu cür inkişafı bizi tamamilə qane edir. Bu yaxınlarda Gürcüstanda bankımızın filialı açıldıqdan sonra beynəlxalq inkişaf istiqamətində daha bir addım atılmış oldu. Beynəlxalq planların bir hissəsi olaraq gələcək planlar arasında bizim Cenevrədə fəalyyətimiz və BCGE kimi nüfuzlu banklarla əməkdaşlıq imkanları nəzərdən keçirilir ki, bu azərbaycanlı müştərilərə göstərilən xidmətlərin inkişafı üçün çox vacibdir”.- deyə bankın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.
“Azərbaycan və İsveçrə arasında işgüzar əlaqələrin inkişaf tempi nəzərə alınmaqla biz Azərbaycan iqtisadiyyatının artımında maraqlıyıq. “PaşaBank” ilə əməkdaşlığımız “Qafqazın nəbzini tutmağa və qarşılıqlı faydalı əməkdaşlıq yaratmağa bizə kömək edir”,- deyə “Banque Cantonale de Genève”nin İdarə Heyətinin sədri Blaise Goetschin qeyd edib.
“Paşa Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb. Bankın səhmdarları iki hüquqi və bir fiziki şəxsdir. Bank “Paşa Holding”in strukturuna daxildir. Bankın nizamnamə kapitalı 157 mln. manata bərabərdir.