Bakı polisi cənub bölgəsinin sakinindən külli miqdarda narkotik maddə aşkar edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə çərşənbə günü Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Saxlanılmış Cəlilabad rayon sakinindən 3,471 kq marixuana götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.