Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov hesab edir ki, respublikada köhnə avtomobillərin utilizasiyası üçün yeni mərkəzləşdirilmiş proqram hazırlanmalıdır.
“Azərbaycanda köhnə avtomobillərin utilizasiyası üçün tam şərait yaranıb. Ölkədə iqtisadi vəziyyəti nəzərə alaraq biz bu işi həyata keçirə bilərik”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, respublikada köhnə avtomobillərin sayının məhdudlaşdırılması işləri aparılır. “Lakin, problem hələ də mövcuddur. Çünki bu gün istifadə edilən avtomobillər də köhnəlir. Buna görə də mərkəzləşdirilmiş proqramın hazırlanması zərurəti artır”, - deyə o qeyd edib.