Azərbaycan 2012-ci ilin yanvar-oktyabr aylarında 29 mln. 353, 068 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,5 % azdır. Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İxracın ümumi həcmindən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 23 mln. 602,159 min ton neft nəql edilib. Bakı- Supsa neft kəməri ilə 3 mln. 244,633 min ton, Bakı- Novorossiysk neft kəməri ilə 1 mln. 658,059 min ton. neft ixrac olunub. Dəmir yolları ilə Gürcüstan limanlarına 848,216 min ton neft daşınıb.
Komitədən bildirildiyi kimi, hesabat dövründə $16 mlrd. 874 mln. 432,19 min məbləğində 20 mln. 189,808 min ton rəsmiləşdirlimiş neft ixrac edilib.
DGK-dan bildirilib ki, yanvar-oktyabr aylarında Azərbaycandan $1 mlrd. 57,499 mln. məbləğində 1 mln. 279,033 min ton neft məhsulları ixrac olunub.