Latviya hökumətinin əsas məqsədi Azərbaycan investisiyalarının cəlb edilməsidir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanis bəyan edib.
“Bu noyabrın 28-də baş nazir Valdis Dombrovskisin Bakıya səfəri zamanı müzakirə mövzusu olacaq”, - deyə səfir vurğulayıb.
“Latviya xüsusən infrastruktur, kənd təsərrüfatı, turizm və digər sahələrə Azərbaycan investisiyalarında maraqlıdır. Latviya iqtisadiyyatına investisiya yatıran Azərbaycanın iş adamları birbaşa Avropa bazarlarına çıxış əldə edəcəklər”, - deyə H.Baumanis əlavə edib.
Onun sözlərinə görə, iki günlük səfər zamanı Latviyanın baş naziri Prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşəcək.
“Ölkə ilə daha yaxından tanış olmaq üçün noyabrın 29-da Qəbələyə səfər planlaşdırılır”, - deyə səfir bildirib.
O həmçinin qeyd edib ki, V.Dombrovskis Azərbaycan-Latviya biznes forumun işində iştirak edəcək.
“Biznes forumda Latviyanın 73 şirkətinin 90 nümayəndəsi iştirak edəcək. Əsas müzakirə mövzusu – iki ölkə arasında iqtisadi əlaqələrin inkişafıdır”, - deyə səfir qeyd edib.
Diplomat bildirib ki, Azərbaycan ilə Latviya arasında ikitərəfli ticarət dövriyyəsinin həcmi 2012-ci ilin sonunadək $30 mln. təşkilı edəcək. H.Baumanis hesab edir ki, iki ölkə arasında çox yaxş əlaqələrin olmasına baxmayaraq, ticarət dövriyyəsinin həcmi çox azdır.
“Bunun əsas səbəbi ölkələrin bir-birindən coğrafi cəhətdən uzaq olması ilə əlaqədardır. Biz Azərbaycandan kənd təsərrüfatı emal məhsulları, soklar, meyvə-tərəvəz almaq niyyətindəyik. Ona gərə ki, Azərbaycanda istehsal olunan bu məhsullar ekoloji cəhətdən təmizdir”, - deyə H.Baumanis qeyd edib.