2012-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinə notarius əməliyyatlarından, vətəndaş vəziyyəti aktlrının dövlət qeydiyyatından daxilolmalar 14 mln.manat təşkil edib.Ədliyyə nazirliyi Fikrət Məmmədov belə qeyd edib.
“Hesabat dövründə 3,4 mln.notarius əməliyyatları və 270 min vətəndaş vəziyyəti aktı qeydə alınıb”,- deyə F.Məmmədov rəsmi mətbuatda dərc edilən məqaləsində yazır.
Nazir bildirib ki, cari ilin 10 ay ərzində 106 qeyri - kommersiya təşkilatı qeydə alınıb, 156 çap orqanı reyestrə daxil edilib, noyabrın əvvəlinə onların sayı müvafiq olaraq 3700 və 4700-ə qədər artıb.
Məqalədə qeyd edilir ki, 2012-ci ildə Ədliyyə Nazirliyi əhalinin dövlət reyestrinin formalaşdırılması üzrə işləri başa çatdırıb.
O əlavə edib ki, 2011-ci ilin may ayından sahibkarlıq subyektlərində dövlər strukturları tərəfindən vahid yoxlama reyestri fəaliyyət göstərib. İndiyə qədər Ədliyyə Nazirliyində 28 dövlət orqanı tərəfindən yoxlamalar barədə 133 mündən çox məlumat təqdim edilib ki, onlardan 106 min məlumat reyestrə daxil edilib.
F.Məmmədov məqaləsində bidirib ki, bu ilin yanvar- oktyabr aylarında məhkəmə icraçıları tərəfindən 114 mindən çox məhkəmə qərarının yerinə yetirilməsi təmin olunub, hüquqi və fiziki şəxslər tərəfindən 69 mln. manat ödənilib.