Azərbaycanın enerji infrastrukturunun təhlükəsizliynə bir çox həm daxili, həm də xarici təhdidlər mövcuddur. Lakin ən böyük təhlükə Ermənistan tərəfindən gəlir. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov bəyan edib.
“Erməni tərəfi Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və Bakı-Supsa boru kəmərləri daxil omaqla dəfələrlə Azərbaycanın enerji infrastrukturuna təhlükə törədən aksiyalara təşəbbüs edib. Bu aksiyaların qarşısının alınmasına baxmayaraq təhdidlər hələ də qalır”, - deyə o “Xəzər hövzəsində enerji təhlükəsizliyinin təmini və mühüm enerji infrastrukturlarının mühafizəsində NATO-nun rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında bildirib.
O bəyan edib, alyansın bu cür təhdidlərin qarşısını almaqda zəngin təcrübəsini nəzərə alaraq, bununla əlaqədar Azərbaycan NATO-dan kömək gözləyir.
Prezident Administrasiyasının nümayəndəsi son iki sammitdə NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini alqışlayıb.
“Eyni zamanda istərdik ki, bu dəstək yalnız bəyanat deyil, həm də praktiki xarakter daşısın”, - deyə T.Süleymanov bildirib.