Ən iri beynəlxalq təşkilatlardan olan Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) bu gün müasir bəşəriyyət qarşısında duran ciddi problemlərin həllində fəal rol oynayır. Bu barədə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katib Əli Əhmədov cümə axşamı Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasında bəyan edib.
“Asiya qitəsi dünyanın ən iri regionu olaraq dinamik inkişaf edən dövlətləri birləşdirir. Asiyanın sürətli inkişafı dünyanın müasir mənzərəsini formalaşdıraraq dünya siyasəti və iqtisadiyyatının inkişafına töhfəsini verir. Eyni zamanda, nu regionun bir sıra ölkələrində münaqişə və problemlər mövcuddur”, - deyə Ə.Əhmədov vurğulayıb.
O həmçinin müstəqil Azərbaycanın uğurlu inkişafını qeyd edib. “20 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən artıq səviyyədə artıb. Son 8-9 il ərzində yoxsulluğun səviyyəsi 50%-dən 5-6%-dək azalıb”, - deyə o bildirib.
“Azərbaycan bəşəriyyətin inkişafına layiqli töhfəsini verir. Bununla yanaşı, son 20 il ərzində ölkəmizin 20% ərazisi işğal edilib, bir milyona yaxın vətəndaşımız etnik təmizləmə siyasətinə məruz qalıb”, - deyə Ə.Əhmədov qeyd edib.
O vurğulayıb ki, beynəlxalq təşkilatlar, ICAPP da daxil olmaqla dünyada mövcud münaqişələrin nizamlanması istiqamətində səylərini fəallaşdırmalıdır.
“İnanıram ki, ICAPP-ın VII Baş Assambleyasında vacib qərarlar qəbul ediləcək”, - deyə o bildirib.
Ə.Əhmədov ICAPP-ın gənclər təşklatının yaradılmasını yüksək qiymətləndirib və bu strukturun forumunu Azərbaycanda keçirtməyi təklif edib. O həmçinin ICAPP-ın qadınlar təşkilatını yaratmağı təklif edib.
“ICAPP-ın qadınlar təşkilatının yaradılmasına böyük ehtiyac var. Bu qadınların regional ictimai-siyasi proseslərdə daha fəal iştirakına imkan yaradardı. Baş Assambleyada qadınlar da iştirak edir, buna görə ümid edirəm ki, tədbir çərçivəsində ICAPP-ın qadınlar təşkilatının yaradılması haqqında müvafiq qərar qəbul edilə bilər”, - deyə o vurğulayıb.
Ə.Əhmədov bəyan etdiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasın sədri seçilib.
Sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Prezident İlham Əliyevin Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasının iştirakçəılarının ünvanına təbrik məktubunu oxuyub.