Noyabrın 27-də Bakıda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçiriləcək. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
"İclasda Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, Komissiyanın 1-ci iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək", - deyə məlumatda qeyd edilir.
Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Serbiya tərəfdən isə baş nazirin müavini, xarici və daxili ticarət və telekommunikasiya naziri Rasim Lyaiçdir.
Məlumatda vurğulanır ki, iclas çərçivəsində noyabrın 26-da Bakıda Azərbaycan-Serbiya biznes forumu keçiriləcək.