Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Azərbaycanın qiymətli kağızlar sahəsində qanunvericiliyini Avropa Birliyi (AB) standartları səviyyəsinə qədər təkmilləşdirməyi planlaşdırır.
Cümə axşamı Bakıda «Azərbaycanın qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa Birliyinin (AB) qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) institusional inkişafı» Tvinninq layihəsinin təqdimat mərasimi keçirilib.”İnterfaks-Azərbaycan” agentliyinin müxbiri belə məlumat verir.
AB tərəfindən maliyyələşdirilən bu layihə Polşa Maliyyə Nəzarəti Agentliyi tərəfindən həyata keçiriləcək.
Tədbirdə çıxış edən QKDK sədri Rüfət Aslanlı qeyd edib ki, “Azərbaycan Hökuməti bazar iqtisadiiyatının,sabit iqtisadiyyatın inkişafı və qanuvericiliyin təkmilləşməsi üçün uzun müddətdir AB ilə sıx əməkdaşlıq edir. Bu tvininq layihə 2011-2020-ci illərdə qiymətli kağızlar bazarının inkişafı üzrə “ Dövlət proqramında göstərilən iki istiqamət üzrə peşəkar beynəlxalq ekspertizadan istifadə etməyə imkan verir”.
Onun sözlərinə görə bu islahatlar nəticəsində ölkənin qiymətli kağızlar bazarı iqtisadi subyektlərin, xüsusilə də qeyri-neft sektorunun asan, etibarlı və uzunmüddətli sərmayə mənbəyinə çevriləcək.
R.Aslanlı qeyd edib ki, Azərbaycan tərəfi “Qiymətli kağızlar bazarı haqqında” qanunun hazirlanmasInda AB-nin təcrübə və dəstəyindən istifadə edəcək.
Polşa Maliyyə Nəzarəti Agentliyi tərəfindən layihənin rəhbəri Llona Peçinska - Çernı bildirib ki, layihə üç komponentdən ibarətdir.Birinci komponent çərçivəsində qanunvericiliyin maddələri üzrə təhlil və məsləhətləşmələrin aprılması nəzərəd tutulub, bundan sonra AB və Azərbaycan arasında fərqlər müəyyən ediləcək.
İkinci komponent QKDK əməkdaşları üçün müxtəlif tövsiyyə və qaydaların hazırlanmasını, seminar və treninqlərin aparılmasını nəzərdə tutur.
Üçüncü komponent investorların biliklərinin yüksəldilməsini, idarəetmənin yaxşılaşdırılmasını nəzərdə tutur.
“Layihənin həyata keçirilməsinin yekunlarına əsasən, biz investorların haqlarının müdafiəsi mövzusunda konfrans keçirilməsini planlaşdırırıq”,- deyə o qeyd edib.
AB-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts qeyd edib ki, AB 2006-cı ildən bəri hər il Azərbaycanda tvininq layihələrin reallaşdırılması üçün 7,6 mln. avro ayırır. “Bu layihələr çərçivəsində AB Təhsil, Səhiyyə, Kənd Təsərrrüfatı. Vergilər nazirlikləri, Ombudsmen Aparatı və digər dövlət strukturları ilə əməkdaşlıq edir. QKDK ilə layihənin reallaşdırılması yalnız təcrübə mübadiləsi deyil, həmdə Azərbaycanla AB arasında əlaqələrin möhkəmlənməsi deməkdir ki, bu da gələcək islahatlara zəmanət verir”,- deyə o əlavə edib.
Azərbaycanın qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa Birliyinin (AB) qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) institusional inkişafı” layihəsinə AB 1 mln. avro ayırır.