“İT Solutions” MMC Mərkəzi Bankda Fəaliyyət Əsaslı İdarəetmə Sistemi (Activity Based Costing/Management System) yaradacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dan məlumat verilib.
“İT Solutions” müvafiq tenderin qalibi olub. 20 noyabr tarixində MMC ilə satınalma müqaviləsi imzalanıb”, - deyə bankın nümayəndəsi bildirib.
Xəbər verildiyi kimi, tenderin şərtlərinə əsasən, Mərkəzi Bankda Fəaliyyət Əsaslı İdarəetmə Sistemi bir il ərzində yaradılmalıdır.