Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiyanın (CICA) növbəti növbəti illik yaz sessiyası 2013-cü ildə mayın 2-5-də Bakıda keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Aqrarkredit” Səhmdar Kredit Təşkilatından məlumat verilib.
Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiya (CICA) Mərkəzi Komitəsinin dəvəti ilə “Aqrarkredit”-in İdarə Heyətinin sədri Məmməd Musayev Konfederasiyanın Honq-Konqda keçirilən 42-ci illik Payız Assambleyasının toplantısında iştirak edib.
“Konfederasiya sədri Jan-Mari Sander CICA-nın 2013-cü ildə növbəti İllik Yaz Sessiyasının Bakıda keçirilməsi təklifi ilə çıxış edib.Təşəbbüs nümayəndələr tərəfindən müsbət qarşılanıb”, - deyə təşkilatın nümayəndəsi bildirib.
Bundan başqa, M.Musayev CICA-nın Mərkəzi Komitəsinin üzvü seçilib.
CICA 1989-cu ildə təsis edilib və qeyri-kommersiya təşkilatıdır. Baş ofisi İsveçrənin Sürix şəhərində yerləşir. Bura təxminən 40 ölkədən 200-dən artıq bankı və kənd təsərrüfatı yönümla təşkilatlar daxildir. Onların sırasında “Credit Agricole” (Fransa), “Rosselxozbank” (Rusiya), “Agricultural Bank of China” (Çin), “DZ bank AG” (Almaniya) və dünyanın digər aparıcı bankları daxildir.
CICA-nın fəliyyətinin əsas məqsədi kənd təsərrüfatı kredit institutları və təşkilatların beynəlxalq səviyyədə təqdim edilməsi, üzv olan təşkilatlara dünyada son nailiyyətlər və yaranan problemlərin müzakirə imkanlarının verilməsi, kənd təsərrüfatı sektorunda maliyyə proseslərinin təkmilləşdirilməsinə dair ideya və informasiya mübadiləsinə imkan yaratmaqdır.