Türkiyə və Azərbaycan regionda sülh və əməkdaşlığın tərəfdarıdır və Ermənistanın buna zidd mövqedən çıxış etməsinə təəssüf edirlər. Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Ərcan Candan bəyan edib.
“Biz regionun digər ölkələrindən, həmçinin Ermənistandan eyni addım gözləyirik. Əfsuslar olsun ki, rəsmi İrəvandan biz bunun şahidi olmuruq”, - deyə o cümə günü Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasında çıxışında bildirib.
Ə.Candanın sözlərinə görə, ermənilər dünyaya “1915-ci ilin soyqırımı”nı zorla qəbul etdirməyə davam edirlər, baxmayaraq ki, əslində heç bir soyqırım törədilməyib. Birinci Dünya müharibəsi dövründə Türkiyənin xarici hücumları dəf etməsi zamanı ermənilər “beşinci kolonna” olublar. “Bu gün ermənilər Türkiyəyə qarşı ədavət siyasətini davam etdirirlər. Məsələ o həddə çatıb ki, Ermənistanın prezidenti gənclərə nəsihət verərək bildirir: “Biz Qarabağı işğal etdik, sizin məqsədiniz Ağrı dağ məsələsini həll etməkdir”, - deyə Ə.Candan bəyan edib.
Türkiyəli deputat beynəlxalq birliyi Ermənistanın siyasətinə obyektiv rəy verməyə çağırıb.