SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azneft” İstehsalat Birliyi quyuların təmirinin sürətləndirilməsi üçün yeni avadanlıq alıb. Bu barədə İB-nin rəsmi saytında məlumat verilir.
“28 May” NQÇİ-nin DDÖ-lərində quyularda aparılan təmir işlərinin sürətləndirilməsi və istismar müddətini başa vurmuş traktor tipli qaldırıcıların daha müasir qazma avadanlıqları dəsti ilə əvəz olunması məqsədilə 10 dəst NBO-160D markalı qazma avadanlıqları alınıb”, - deyə məlumatda qeyd edilir.
İB-nin məlumatına əsasən, “Günəşli” yatağının dayazsulu hissəsinin 2,11,14,15,19 saylı özüllərində yeni qazma avadanlıqları istismara buraxılıb. Digər özüllərdə quraşdırılması işləri davam edir.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.