Azərbaycan iş adamları dekabrın 15-də Kiyevdə keçiriləcək "Export-İmport FMCG Food & Drink" beynəlxalq biznes forumunda iştirak edəcəklər. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) saytında yerləşdirilmiş məlumatda bildirilir.
Biznes forum GUAM-a (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) üzv ölkələrin iş adamları üçün təşkil olunacaq.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.