“ Yedinaya Rosiya” Partiyasının Ali Şurasının Rəyasət Heyətinin üzvü Andrey Klimov hesab edir ki Azərbaycan və Rusiya arasında münasibətlər MDB-yə üzv olan digər dövlətlərə nümunə ola bilər.
“Azərbaycan – Rusiya münasibətləri bəzi hallarda MDB-yə daxil olan digər ölkələrə nümunə ola bilər.Ölkələrimiz arası münasibətlərdən danışsaq burda yalnız dövlətlərarası əlaqələri deyil, həm də iqtisadi münasibətlərin səviyyəsi, gənclərimizin və digər ictimai təşkilatlar arasındakı mümkün münasibətləri də qeyd etmək lazımdır”,- deyə A.Klimov cümə günü Bakıda jurnalistlərə bildirib.
O qeyd edib ki, iki ölkənin dostluq münasibətlərində Azərbaycanda rus dilinin geniş istifadə edilməsi də vacib rol oynayır. “Bu münasibətlərdə rus dili müsbət rol oynayır.Biz hesab etmirik ki, Rusiya rus dili üzərində yeganə haqq sahibidir. Bu bütün insanlığın ümumi sərvətidir , üstəlik postsovet məkanında bu dil bir birimizi daha asan anlamağımıza imkan verir”,- deyə A.Klimov əlavə edib.