Azərbaycan jurnalistikasının banisi, maarifçi Həsən bəy Zərdabinin 170 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ölkədə çar senzurasının hökm etdiyi zamanlarda H.Zərdabinin döğma dilimizdə mətbuatın yaranmasına verdiyi əvəzsis töhfəni qeyd edib.
“Azərbaycan xalqı, Azərbaycanın mədəni ictimai fikrinə böyük töhfələr vermiş görkəmli maarifçinin əməyini yüksək qiymətləndirir.H.Zərdabinin yubileyinin təntənəli şəkildə keçirilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncam da bunun sübutudur”,- deyə nazir qeyd edib.
Yubiley tədbirində çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov , Respublika Jurnalistlər İttifaqının sədri Elçin Şıxlı, KİV nümayəndələri Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi” qəzetini açarkən maarifçinin üzləşdiyi çətinliklərdən, Azərbaycan teatrının yaradılmasındakı xidmətlərindən danışıblar.
Yubiley tədbiri iştirakçılarına kitabxana işçiləri tərəfindən hazırlanmış “Həsən bəy Zərdabi-170” adlı elektron informasiya bazası təqdim edilib, eyni zamanda iştirakçılar H..Zərdabinin müxtəlif illərdə nəşr edilmiş kitablarından ibarət sərgiylə tanış olublar.