Gələn il Azərbaycanın təhsil sisteminin informasiyalaşdırılmasının inkişafına yönələn proqram qəbul ediləcək. Bu barədə respublikanın Prezidentinin saytında dərc edilən “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bildirilir.
Konsepsiyaya əsasən, orta məktəblərin tikintisi və təmiri davam etdiriləcək, ümumtəhsil müəssisələrinin təkmilləşdirilməsi istiqamətində 12 illik tədrisə keçidi təmin edən xüsusi proqram hazırlanıb reallaşdırılacaq.
Respublikanın təhsil sisteminin informasiyalaşdırılması və modernləşməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Sənəddə qeyd edilir ki, bununla əlaqədar 2013-2020-ci illərə nəzərdə tutulan dövlət proqramı qəbul olunacaq.
Bu proqram çərçivəsində bütün, həmçinin ölkənin uzaq regionlarında fəaliyyət göstərən məktəblər internetə qoşulacaq, o cümlədən hər sinif otağını notbuk, proyektor və elektron lövhə ilə təmin etmək nəzərdə tutulur. Bundan başqa, hər məktəbli netbuk və ya planşet ilə təmin edilib, bütün fənnlər üzrə elektron tədris və metodik dərs ləvazimatları hazırlanacaq. Beləliklə, “elektron məktəblər”in sayı iki dəfə artacaq və 1 min təşkil edəcək.
Bundan başqa, Konsepsiyada elektron kitabxanaların sayının artırılması, Distant təhsil Mərkəzinin və interaktiv rejimdə yayımlanan telekanalın yaradılması nəzərdə tutulur.
Proqrama əsasən, 2015-ci ilə qədər dövlət xətti ilə aparıcı xarici ali məktəblərdə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 5 minə qədər artacaq. Azərbaycan gənclərinin xaricdə təhsil sahəsində 2015-2020-ci illərə nəzərdə tutulan proqram təsdiq ediləcək.