Ermənistanın sabiq xarici işlər naziri, "İrs" partiyasının sədri Raffi Ovannesyan cümə günü Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının işi çərçivəsində qalmaqal salıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinin müxbiri tədbirdən xəbər verir.
R.Ovannesyan Baş Assambleyanın iclasında qəbul olunmuş bəyannaməyə etiraz bildirməyə çalışıb. O, tribunaya çıxaraq iddialar irəli sürməyə başlayıb.
Ermənistanın sabiq XİN başçısının hörmətsiz davranışına cavab olaraq iclasçılar əllərini qarşılarındakı masaya döyəcləyərək onun "çıxışını" kəsiblər və bununla da başa salıblar ki, onun etirazı mənasızdır.