RF-nin baş naziri Dmitri Medvedev bildirib ki, Vladimir Putinlə işləmək onun üçün rahatdır və başqa bir prezidentin yuanında o baş nazir postunu tutmağa razı olmazdı.
“Bilirzsinizmi, mən başqa bir prerzidentin yanında yəqin ki, baş nazir postunu tutmaq istəməzdim.Mən ümumiyyətlə, bunu təsəvvür etmirəm.Prezident vəzifəsindən sonra baş nazir olaraq mən yalnız Vladimir Putinlə dçox rahat işləyə bilərdim”,- deyə D.Medvedev bir gün əvvəl Parisə işgüzar səfəri zamanı “Frans Press” agentliyinə və “Fiqaro” qəzetinə verdiyi müsahibəsində bildirib.
O əlavə edib. “Mən tam əminliklə deyə bilərəm.Mən başqa heç kimlə baş nazir olaraq işləmək istəməzdim, çünki bu heç də asan məsələ deyil, prezident postundan sonra baş nazir kreslosunda oturmaq sadə məsələ deyil.Baxmayaraq ki bu çox çətin, geniş miqyaslı və çox maraqlı işdir.Buna görə də mən özümü rahat hiss edirəm.