Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev xalqın dəstəyini alarsa Kremlə qayıdacağını istisna etmir.
“Əgər kifayət qədər qücüm və sağlamlığım imka versə və bizim adamlar gələcəkdə bu işi mənə etibar edərlərsə, mən əlbəttə ki, hadisələrin bu səmtə dəyişəcəyini istisna etmirəm. Lakin bu bir sıra amillərdən asılıdır”, - deyə D.Medvedev Parisə səfər öncəsi “Frans-Press” və “Fiqaro” qəzetinə müsahibəsində bəyan edib.
Rusiyalı baş nazirin fikrincə, “heç zaman heç nədən imtina etmək lazım deyil. Çünki, məlum olduğu kimi, heç bir vaxt heç vaxt demə”. “Xüsusən, mən bir zaman bu çaya girmişən. Bu həmin çaydır ki, bura ikinci dəfə də girmək olar”, - deyə D.Medvedev qeyd edib.
Onun prezident seçiləcəyi zaman Rusiya hökumətinə kimin rəhbərlik edəcəyi sualına cavab verməyib. O izah edib ki, “o zaman tamamilə başqa vəziyyət yaranacaq, çünki hələ ki, belə bir hadisə baş vermir”.
“Biz hazırda konkret siyasi şərtlərdə çalışırıq və xalqın etimadını doğrultmalıyıq. Prezident Putinə olan etmadı və müvafiq olaraq, baş nazir kimi mənə verilən etimad və səlahiyyətləri nəzərdə tuturam”, - deyə D.Medvedev bildirib.
Bununla yanaşı, o qeyd edib ki, Hökumət Evində özünü “tamamilə rahat” hiss edir və Kremlə həsrət duymur. “Kreml gözəl yerdir, ölkəmizin ürəyidir. Lakin, mənin üçün Ağ evdə və görüşdüyümüz iqamətgahda çalışmaq rahatdır”, - deyə D.Medvedev vurğulayıb.
Baş nazir izah edib ki, o “çoxdan özü üçün qərara gəlib ki, heç bir halda konkret iş yerlərinə bağlanmaq olmaz. Çünki, əks halda digər yerdə çalışmaq mümkün olmaz”.
“Digər qərar qəbul edənlər üçün yeni iş yerinə keçmək faciə olur. Bu isə yaxşı deyil. Səni həmişəlik seçəcəklərini hesab etmək olmaz. İstənilən mövqe olsun – kənd başçısından başlayaraq ölkə prezidentinə qədər, fərq etməz”, - deyə baş nazir əlavə edib ki, onun fikrincə dövlət başçısı postunda “vicdanla və açıq çalışıb”.