Suriya üsyançıları Dəməşqdən 15 km şərqdə yerləşən “Mərc əs- Sultan” vertolyot bazasını ələ keçiriblər.Bu barəıdə 2Əl Cəzirə” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına əsasən, hücum zamanı iki vertolyot ələ keçirilib.Bundan əlavə hücum zamanı üsyançılar hökumət qoşunlarının 15 əsgərini də əsir alıblar.
İnternetdə üsyançıların hərbi bazada axtarış aparmaları barədə videogörüntülər yayımlanıb.
“Allahın köməyi ilə “Mərc əs- Sultan” aviabazasını azad etdik”,- deyə üsyançıların komandirlərindən biri bildirib.
Hüququ mühafizəçilərinin məlumatına əsasən, Suriyada keçən ilin mart ayında başlamış toqquşmalar nəticəsində bu günə qədər həlak olanların ümumi sayı 37 min nəfərdən çoxdur.