SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi cümə günü Lənkəran və Biləsuvar rayonlarının bir neçə yaşayış məntəqəsinə təbii qazın verilməsinə başlayıb. Bu barədə SOCAR-dan məlumat verilib.
Xüsusən, Lənkəran rayonunun 3 581 abinentinə, İstisu, Hirkan, Gərmətük qəsəbələri, Girdəni, Boladi, Bürcəli kəndlərinə və Lənkəran şəhərinin cənub məhəlləsindəki yaşayış massivinə təbii qazın verilməsi bərpa edilib.
Hazırda Lənkəran rayonunun 13 kəndində qazlaşdırma işləri başa çatır, 18 kənddə işlər davam edir.
Biləsuvar rayonunda 600 abonent qazlaşdırılıb. Bunun üçün 11 kilometr qaz trubaları çəkilib, 600 qaz sayğacı quraşdırılıb.
Xəbər verildiyi kimi, 2013-cü ilə qədər SOCAR Azərbaycanda qazlaşdırmanın səviyyəsini 95%-ə çatdırmağı planlaşdırır.