Pakistan parlamentinin nümayəndə heyəti Azərbaycana səfər zamanı Kəşmir və Qarabağ problemlərinə dair qarşılıqlı yardım məsələlərini müzakirə edəcək.
“Bakıda keçirəcəyimiz görüşlər zamanı biz Kəşmir problemi ətrafında yaranan vəziyyət barədə məlumat verəcəyik. İslam dünyasının, xüsusilə Azərbaycanın bununla əlaqədar hansı yardımı edə biləcəyini müzakirə edəcəyik”, - deyə Pakistan parlamentinin Kəşmir üzrə xüsusi komitəsinin sədri Mövlanə Fəzl-Ur-Rəhman bazar ertəsi jurnalistlərə məlumat verib.
“Bundan başqa, biz Dağlıq Qarabağ münaqişəsini, Ermənistan tərəfindən Azərbaycanın torpaqlarının işğalı problemini müzakirə etmək niyyətindəyik”, - deyə o əlavə edib.
Parlament üzvü xatırladıb ki, Pakistan və Azərbaycan Kəşmir və Dağlıq Qarabağ məsələlərində hər zaman biri-birini dəstəkləyir.