Dubay hökuməti əmirlikdə dünyanın ən iri ticarət mərkəzinin tikintisinə başlamaq niyyətindədir. Bu barədə “Associated Press” agentliyi məlumat verib.
Mərkəz Dubay şəhəri yaxınlığında səhrada inşa ediləcək və Dubayın əmiri şərəfinə “Məhəmməd bin-Rəşid Siti” adlanacaq.
Nəhəng ticarət mərkəzinin ərazisində təxminən 100 mehmanxana, o cümlədən yaşayış rayonları yerləşəcək. Bundan başqa, orada yaşıllaşdırılmış ərazilər və bağlar salınacaq. Onların ümumi ərazisi Londonun Hayd-Parkında yaşıl ağacların sahəsini 30% ötəcək.
Maraqlıdır ki, hazırda dünyanın ən iri ticarət mərkəzi də Dubaydadır. O dünyanın ən uca göydələni – “Burc Həlifə” ilə üzbəüz yerləşir. İki bina arasında süni göl yaradılıb, mərkəzində isə dünyada ən böyük fəvvarə inşa edilib.