Keçən həftə Azərbaycanın yollarında baş vermiş 42 yol nəqliyyat hadisəsində 23 nəfətr ölüb, 56 nəfər yaralanıb.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə DİN Baş Dövlət Polisi İdarəsindən məlumat verilib.
Ən ağır yol qəzası Ağdaş rayonunda baş verib. Minik maşınının mikroavrtobusla toqquşması nəticəsində 15 nəfər yaralanıb.
Hacıqabul rayonunda “Niva” markalı avtomobilin divara çırpılması 1 nəfərin ölümü, 2 nəfərin yaralanması olə nəticələnib.
Goranboy rayonunda iki minik maşınının toqquşması bir nəfərin ölümünə səbəb olub.