Azərbaycan və Pakistan parlamentariləri iki ölkə arasında ticarət sahəsində əməkdaşlığın fəallaşmasına kömək etməlidirlər.Pakistan parlamentinin Kəşmir üzrə xüsusi komitəsinin rəhbəri Maulan Fəzl ur Rəhman belə hesab edir.
“Ticarət əlaqələrinin inkişaf etdirilməsinə ehtiyac duyulur.Parlament nümayəndələri ikitərəfləi əlaqələrin inkişafına kömək etmək üçün daha sıx görüşməlidirlər”,- deyə o Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əliağa Hüseynovla görüşdə bildirib .
Pakistanlıə qonaq bildirib ki, iki ölkə müxtəlif sahələrdə aktiv şəkildə əməkdaşlıq edir, lakin bununla belə mövcud imkanlardan ticari əlaqələrin inkişaf etdirilməsi üçün lazımınca istifadə edilmir.
O qeyd edib ki, Azərbaycan və Pakistan beynəlxalq təşkilatlar səviyyəsində eyni mövqedən çıxış edirlər, Kəşmir və Dağlıq Qarabağ məsələlərində bi- birlərinin mövqelərini dəstəkləyirlər.