Azərbaycan Ermənistana Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını məqsədyönlü şəkildə uzatmağa imkan verməyəcək. Bu barədə Azərbaycan Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəyan edib.
“Azərbaycan Ermənistana danışıqlar prosesini məqsədyönlü şəkildə uzatmağa imkan verməyəcək və gec ya da tez torpaqlarını işğaldan azad olunmasına nail olacaq”, - deyə “Lider” telekanalı N.Məmmədovun sözlərindən sitat gətirir.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişə regionuna hazırki səfərlərinə həsr olunan müsahibədə Prezident Administrasiyasının nümayəndəsi qeyd edib ki, bu gün beynəlxalq birlik münaqişənin həllini sonrakı onillik ərzində uzatmağın real olmadığını anlayır. “Bu istiqamətdə biz həm həmsədrlər, həm də vasitəçi ölkələrdən qəti, obyektiv, ədalətli addımlar gözləyirik”, - deyə o bildirib.
Yaxın zamanda Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi imkanı barədə erməni mətbuatının məlumatlarını şərh edərək N.Məmmədov danışıqların, həmçinin dövlət başçıları səviyyəsində də davam etdirilməsinin vacibliyini qeyd edib. “Düşünürəm ki, bunu Ermənistanda da anlayırlar. Orada müxtəlif kiçik bəhanələr hesabına danışıqların uzadılmasının nəticə vermədiyini başa düşürlər”,
Onun sözlərinə görə, bu gün dünyada qlobal iqtisadi böhranla yanaşı “çox ciddi beynəlxalq hüquq böhranı” mövcuddur.