Ötən həftə Daxili İşlər Nazirliyinin əməkdaşları 48 narkomanı və narkotik maddə alverində şübhəli bilinən 1 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi DİN-dən məlumat verilib.
Narkomanlardan ümumilikdə 22,56 qram marixuana, 5,092 qram heroin və 3,751 qram tiryək müsadirə edilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddə alverçisindən 3 kq 472 qram marixuana götürülüb.