Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. Bu barədə rəsmi KİV xəbər verir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə keçən görüşdə tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bundan başqa, İ.Əliyev bazar ertəsi AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərini qəbul edib. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.