Hüseyin Özmen "Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinin sədri təyin olunub. Bu barədə bankın məlumatında bildirilir.
H.Özmen Türkiyə və Azərbaycanın bank sahəsində 28 illik iş təcrübəsinə malikdir. O, müxtəlif vaxtlarda Azərbaycanda iki bankda - "Azər-Turk Bank" və "TuranBank"da İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Məlumatda qeyd edilir ki, 1 noyabr 2012-ci il tarixinə ASB-nin aktivləri 155,9 mln. manat, kredit portfeli 127,5 mln. manat, depozit portfeli 82,2 mln. manat, nizamnamə kapitalı 28 mln. manat təşkil edir.
"Azərbaycan Sənaye Bankı" ASC 1996-cı ildə türk kapitalının iştirakı ilə “CIBank” birgə investisiya bankı kimi yaradılıb.