Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) müşahidəçi statusu əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri çərşənbə axşamı Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 40-cı iclasından məlumat verib.
Öncə QDİƏT PM sədri, Milli Məclisin spikeri Oqtay Əsədovun adına TürkPA-nın baş katibi Ramil Həsənov Türkdilli ölkələrin Parlament Assambleyasına təşkilatda müşahidəçi statusu təqdim etmək barədə müraciət məktub ünvanlayıb.