Azərbaycan və Serbiya hökumətləri energetika sahəsində strateji əməkdaşlığa dair saziş imzalamaq niyyətindədirlər. Serbiyanın baş naziri, eləcə də xarici və daxili ticarət, kommunikasiya naziri Rasim Lyayiç çərşənbə axşamı Bakıda jurnalistlərə belə bildirib.
“İki ölkənin hökumətləri arasında energetika sahəsində saziş imzalanacaq.Serbiya Balkan regionunun ortasında yerləşir və bu region üçün enerji qovşağıdır. Buna görə Serbiya bazarında SOCAR üçün də yer tpılar”,- deyə R.Lyayiç Azərbaycan- Serbiya ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yekununa əsasən bildirib.
“Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və mənim tərəfdən iclasın yekuynuna əsasən imzalanmış protokol inkişaf etdirməyi planlaşdırdığımız bütün iqtisadi sahələri əhatə edir. Biz qarşılıqlı mal dövriyyəsini, eləcə də investisiyaların artırılmasını qarşıya məqsəd qoymuşuq. Xüsusən, ASK, əzcazçılıq, kimya sənayesi, infrastruktur, tikinti sahələrində investisiya qoyuluşlarına nail olmağı planlaşdırırıq”,- deyə o bildirib.
R.Lyayiç əlavə edib ki ,qarşılıqlı mal dövriyyəsi $20 mln. təşkil edir. “Bizim potensialımız nəzərə alınmaqla bu göstərici çox aşağıdır.Buna görə də dünən keçirilən biznes-forum bütövlükdə mal dövriyyəsinin artırılmasına, ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına yönəlib”,- deyə o əlavə edib.