Azərbaycanda Türkiyədən olan mütəxəssislərin iştirakı ilə sağlamlıq həftəsi keçiriləcək. Bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev çərşənbə axşamı mətbuat konfransında məlumat verib.
“Noyabrın 27-dən dekabrın 3-dək respublikada sağlamlıq həftəsi keçiriləcək. Bu müddətdə təxminən 30 mürəkkəb cərrahiyyə əməliyyatlarının keçirilməsi planlaşdırılır. 2 aylıq uşaqlar, həm də yaşlı xəstələr üzərində əməliyyatlar aparılacaq”, - deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, Türkiyədən olan 24 həkimdən ibarət nümayəndə heyəti azərbaycanlı mütəxəssislərlə birgə əmliyyatlar keçirəcək. Bunların sırasında ürək əməliyyatları da var.
Bundan başqa, həmçinin ölkənin regionlarında da əməliyyatların keçirilməsi gözlənilir. Bütün əməliyyatlar dövlət vəsaiti hesabına həyata keçiriləcək”, - deyə E.Ağayev əlavə edib.
Nazir müavini bildirib ki, ötən il Türkiyədə 350 tibb işçisi professional təcrübələrin təkmilləşdirilməsi üzrə kurs və treninqlərdə iştirak ediblər. Hazırda Azərbaycandan olan 72 tibb işçisi orada təhsil alır.
“Azərbaycan-Türkiyə sağlamlıq həftəsindən başqa həmçinin dekabr ayının əvvəlindən profilaktik aylıq keçirəcəyik”, - deyə o bildirib.
O qeyd edib ki, bununla əlaqədar respublikanın regionlarında müvafiq tədbirlər keçiriləcək.
“Azərbaycanda bu gün təxminən 160 min qeydiyyata alınan şəkərli diabet xəstələri var. Bu həmin xəstəlikdən əziyyət çəkən şəxslərin sayının artması demək deyil. Bu insanların öz səhhətinə daha diqqətlə yanaşmalarını, qeydiyyatdan keçmələrini və vaxtında müalicə aldıqlarını sübut edir”, - deyə E.Ağayev bildirib.
“Baxmayaraq ki, şəkərli diabet xəstələrinin sayı artıb, ölüm hallarının sayı azalıb”, - deyə o qeyd edib.
E.Ağayevin sözlərinə görə, səhhətinə arxayın olmaq üçün vaxtında profilaktik tədbirlər həyata keçirmək lazımdır. “Məhz bu məqsədlə Səhiyyə Nazirliyi bütün respublika üzrə həmin tədbirləri keçirir”, - deyə nazirliyin nümayəndəsi bildirib.
“Azərbaycanda bu gün 2,2 mindən artıq talassemiya, 1,2 mindən çox hemofiliyalı xəstə var”, - deyə nazir müavini vurğulayıb.