Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin əməkdaşları ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 40 əcnəbini saxlayıblar. Bu barədə Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Onlar 19-23 noyabr tarixlərində Bakı və Sumqayıt şəhərlərində keçirilmiş müvafiq tədbirlər zamanı aşkar ediliblər.
Bu şəxslər barəsində Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş inzibati tədbirlər görülüb.